10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan banklarının dekabrda ABŞ dollarına tələbi 2 illik maksimuma yüksəlib

Dekabrda Azərbaycan Mərkəzi Bankında keçirilən valyuta hərraclarında bankların ABŞ dolları tələbi son iki ilin maksimumunda yüksəlib.

Banker.az xəbər verir ki, dekabrda səkkiz valyuta hərracı gerçəkləşib, bu hərraclarda banklara 603.8 milyon ABŞ dolları satılıb.

Noyabrla müqayisədə ABŞ dollarına tələb 41.41% yüksəlib.

343232423423

Bu da 2022-ci ilin ilk ayından bu tərəfə maksimal göstəricidir. Həmin tarixdə 726.9 milyon dollar satılmışdı.

 

Dekabr 2023
 Hərraclar Mln. $
05 dekabr 2023 95.1
07 dekabr 2023 44.8
12 dekabr 2023 69.1
14 dekabr 2023 70.9
19 dekabr 2023 76.5
21 dekabr 2023 89.7
26 dekabr 2023 79.9
28 dekabr 2023 77.8

 

 

Son xəbərlər
Digər xəbərlər