Azərbaycanda 2024-cü ilin ilk yeddi ayında 1 248.2 kq qızıl, 1 906.8 kq gümüş istehsal edilib. Qızılın hazırki qiyməti ilə götürsək, hazırki hasilatın dəyəri 99 mln. dollar təşkil edir.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Qızıl istehsalı illik müqayisədə 5.6 % az, gümüş istehsalı isə 20.1% az olub.
Ötən 7 ay ərzində Azərbaycanda mis konsentratının istehsalı illik müqayisədə 94.6% azalaraq 112 ton olub.
DSK bildirir ki, 2024-cü ilin avqustun 1-ə ölkədə 105.6 kq qızıl, 79.9 kq gümüş, 25.9 ton mis ehtiyatı yaranıb.
Hazırda birjalarda qızılın 1 kiloqramının qiyməti 79 518.76 dollar (2 473 $/unsiya), gümüş 1 kiloqramının qiyməti isə 897.67 dollardır. Misin bir tonu London birjasında 8 831.65 dollardır.