Azərbaycan İqtisadiyyat Nazirliyinin son proqnozuna görə, neftin bir barelinin ortaillik qiyməti 50 ABŞ dolları götürülməklə hazırlanmış makroiqtisadi proqnoz göstəricilərinə əsasən, cari ildə Azərbaycan ÜDM-i 5,1% artacaq.
Bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Sözügedən şərtlər özünü doğrultduğu halda qeyr-neft ÜDM-i 6% artacaq.
2022-ci il üçün isə ÜDM-in real artımının 3,9% olacağı proqnozlaşdırılır və ilin sonuna 86,6 mlrd. manata çatacağı güman edilir. Qeyr-neft ÜDM-i isə 4,9% artacağı gözlənilir.