8 C
Baku
Monday, November 18, 2024

Kapitalı geri çəkilən “Azərbaycan Mikro-Kredit” BOKT-un maliyyə göstəriciləri pisləşib

Tural Məmmədov adlı iş adamına məxsus olan “Azərbaycan Mikro-Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC 2020-ci ili “uğursuz” maliyyə göstəriciləri ilə tamamlayıb.

Banker.az bu barədə BOKT-un 2020-ci il üzrə təqdim etdiyi audit hesabatına istinadən bildirir.

“Azərbaycan Mikro-Kredit” 2020-ci il ərzində 577 min manat faiz gəliri (2019: 653 min manat) və 85 min manat faiz xərci (75 min manat) əldə edib. Kredit təşkilatının haqq və komissiya gəlirlərinin həcmi 24 min manat və digər gəlirləri 3 min manat üzərində olduğu halda 584 min manatlıq inzibati və digər əməliyyatlar üzrə xərclər çəkib (2019: 614 min manat). 65 min əməliyyat zərərində olan  BOKT-un 572 min manat problemli kreditlər üzrə ehtiyatlara ayırması ardından vergidən öncəki zərəri 637 min manat üzərində olub.

Beləliklə, BOKT 2020-ci il üzrə rəsmi açıqlamasında 510 min manatlıq zərər etdiyini açıqlayıb. 2019-cu ildə təşkilatın min manatdan aşağı həcimdə xalis mənfəəti vardı.

Bu zərərdən sonra balansındakı bölüşdürülməmiş mənfəət 509 min manat yığılmış zərərlə tamamlandı.

Yeri gəlmişkən, ötən il BOKT-un direktoru Xəyal İsmayılov vəzifəsindən istefa vermişdi və yerinə Emil Mahmudov təyin edilmişdi.

BOKT-UN BORCLARI ARTIR, KREDİT AKTİVLƏRİ KİÇİLİR

1 yanvar 2021-ci il tarixinə “Azərbaycan Mikro-Kredit”in aktivlərinin həcmi son bir ildə 1 041 min manat, yaxud 34% azalmaqla 2 050 min manata qədər geriləmişdir.

Aktivlərində əsas azalma səbəbi kredit təşkilatının əsas fəaliyyət istiqaməti olan kredit portfeli və əmlakının azalmasıdır. Bank olmayan kredit təşkilatının kredit portfeli son bir il ərzində 1 434 min manat, yaxud 50% neqativ illik dinamika göstərib. Hesabat tarixinə kredit portfelinin həcmi 1 453 min manat təşkil etmişdir. Əmlak və avadanlıqların həcmi isə 104 min manatdan 41 min manata qədər geriləmə yaşayıb.

Aktivlərin 350 min manatı pul vəsaitləri və onların ekvivalentləri, 42 min manatı aktivdən istifadə hüququ və 104 min manatı təxirə salınmış vergi aktivləridir.

BOKT-un öhdəliklərinin həcmi son bir il ərzində 436 min manatdan 505 min manata qədər artım dinamikası yaşayıb. Burada artıma əsas tətik verən 23 min manatdan çox olan borclar və 44 min manatdan çox olan icarə öhdəlikləridir.

Qiymətli kağızlar üzrə 405 min manatlıq (il üzrə həcm dəyişməyib) öhdəliyi var. Məlumat üçün bildirək ki, qiymətli kağızların hər biri 1 min manat olmaqla 400 ədəd emissiya edilib. Bu kağızların həcmi 400 min manat olması deməkdir. Bu istiqrazların hər biri 18%-lik illik gəlir şərti ilə investorlara verildiyindən, 5.4 min manatlıq hesablanmış faiz ödənişi məbləği var.

Qeyd edək ki, Tural Məmmədov Elmar oğlu 2020-ci ildə “Azərbaycan Mikro-Kredit” BOKT-un nizamnamə kapitalından 600 min manatlıq hissəsini geri çəkməklə kapitalın həcmini 2 054 min mant qədər azaldılmışdı.

fewrwer

42424234234234234

Son xəbərlər
Digər xəbərlər