Asiya İnkişaf Bankı Azərbaycana ayrılacaq 750 mln. dollar krediti təstiq edib.
Banker.azın əldə etdiyi məlumata görə, kreditin təyinatı Azərbaycanda elektrin təchizatının təkmilləşdirilməsi istiqamətində aparılacaq işlərə sərf ediləcək. Verilən məlumata görə, Azərbaycan hazırda özünü eneji ilə tam təmin etməsinə baxmayaraq, Bakıda kənar ərazilərdə qurulmuş sistemin dayanıqlığı tam təmin edilməmişdir.
Qeyd edək ki, kredit 3 tranşla , hərəsi 250 mln. dollar olmaqla veriləcəkdir.








