Azərbaycanda sentyabrın 21-dən mobil telefonların xaricdən gətirilməsi ilə bağlı qaydalar sərtləşdirilib.
Banker.az bildirir ki, bununla bağlı Nazirlər Kabinetinin 21 avqust tarixində “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na edilən dəyişiklikdə bu bildirilib.
Yeni qaydaya əsasən səfər zamanı fiziki şəxslər tərəfindən, həmçinin poçt göndərişləri ilə ölkə ərazisinə gətirilən mobil telefon və digər simsiz rabitə avadanlıqları da “Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməli olan malların” siyahısına daxil edilib.
Qeyd edək ki, qərarda 30 gün sonra qüvvəyə minəcəyi qeyd edilmişdi.