Mənimsəmədə təqsirləndirilən “Zaminbank” ASC-də filial müdiri vəzifəsində işləmiş Müşfiq Bayramovun barəsində olan qərardan kassasiya şikayəti verib.
Şikayətə Ali Məhkəmədə İmran Hacıqayıbovun sədrliyi ilə baxılacaq. Məhkəməyə müraciət edən M. Bayramov cəzasının yüngülləşdirilməsini istəyir. Məhkəmənin ilkin baxış iclasının vaxtı hələki açıqlanmayıb. Qeyd edək ki, “Zaminbank” ASC-də filial müdiri vəzifəsində işləmiş M.Bayramov və digərləri sənədləri saxtalaşdırmaqla ayrı-ayrı şəxslərin adından banka depozit kimi qoyulmuş külli miqdarda – 1 milyon 800 min manat pulu mənimsəməkdə təqsirli bilinir. Daha sonra 41 min 300 manat ödənilib. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub. M.Bayramovdan başqa 6 nəfər – Mübariz Gözəlovun, Vasif Həsənovun, Nalə İsgəndərovanın, Mehriban İsmayılovanın, Nuranə Kərimlinin barəsində isə həbs qətimkan tədbiri seçilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Bayramov 10 il müddətinə azadlıqdan məhrum edilib. Digər şəxslərin barəsində isə şərti cəza verilib. Hökmdən narazı qalan M.Bayramov apellyasiya şikayəti versə də, şikayət təmin edilməyib.
©Ona