Azərbaycanda məhkəmə hakimlərinin də maaşları artırılacaq.
Prezident İlham Əliyev tərəfindən Milli Məclisə “Məhkəmələr və hakimlər haqqında” qanuna əlavə və dəyişiklərlə bağlı qanun layihəsi təqdim olunub. Bu barədə BakuPost-un əldə etdiyi məlumatda deyilir.
Layihədə hakimlərin maaşlarının 100 faiz qaldırılması nəzərdə tutulur.
Təqdim olunan qanun layihəsi Milli Məclisin iyunun 28–də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.