6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda ətin idxalı artıb

2019-cu ilin martında   Azərbaycana xaricdən idxalda yeyinti məhsullarının həcmi 3 135 576.93 min ABŞ dolları təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 43 % artım deməkdir.

Banker.az bu barədə Dövlət Gömrük komitəsinə istinad edir.

Yeyinti məhsullarında da daha çox artım ət məhsullarının idxalının payına düşür.  2019-cu ilin martında  18,15 mln ABŞ dolları  təşkil edirdisə, ötən il isə bu göstərici 13,21 mln ABŞ dolları təşkil edib. Belə ki, ötən ilin analoji dövrüylə müqayisədə bu il ətin idxalı  4,94 milyon dollar (37,4%) və 4 min 312  ton (49,4%) artıb.

Bildirək ki, xaricə idxal edilən yeyinti məhsullarından əsas pay meyvə-tərəvəz məhsullarının payına düşür. Bu ilin mart ayında Azərbaycana 61,24 mln ABŞ dolları dəyərində 115,11 min ton meyvə-tərəvəz ixrac edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 11,25 mln. dollar (və yaxud 22,5%)  çoxdur. 

Son xəbərlər
Digər xəbərlər