Azərbaycanda 2019-cu ilin yanvar-mart aylarında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 107 milyon manat dəyərində məhsul istehsal edilib.
Bu barədə Banker.az-a Dövlət Statistika Komitəsindən məlumat daxil olub.
Əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə toxuculuq sənayesində 61,4 faiz artım, geyim istehsalında 28,9 faiz, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında isə 36 faiz azalma müşahidə
olunub.
Bildirək ki, cari ilinyanvar-mart ayında Azərbaycanda 33,127 tonluq pambıq lifi, 10,213 tonluq pambıq iplik istehsal edilib və eləcə də 19,5 min ədədlik üst geyim məhsulları istehsal edilib.