9 C
Baku
Friday, December 13, 2024

Azərbaycandan bu il daha çox xam neft xaricə axır, daha az gəlirlə

Ölkədən ilk 11 ayda xaricə ixrac olunan neftin həcmi az qala ötən ilki 12 aylıq göstəriciyə bərabərdir

Azərbaycan Respublikasından (A.R) xaricə ixrac olunan xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları həcmi cari ilin ilk 11 ayı ərzində həcmi 29,13 mln. ton  təşkil edib. Banker.az-a bu barədə DGK-dan məlumat daxil olub.

İxrac olunan neftin həcmi isə ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz daha çox olması deməkdir – 2018-ci ilin yanvar-noyabr ayları ərzində ölkədən xaricə ixrac olunan xam neft məhsullarının həcmi 27,14 mln ABŞ dolları ($)  təşkil etmişdi. A.R-dan xaricə ötən ilin illik ixrac həcmi isə 29,5 mln. ton təşkil edirdi.

Lakin, ixrac olunan 29,13 mln. tonluq xam neftin dəyəri bu il $14,01 mlrd dəyərində olub. Ötən ilin eyni dövründə daha az ixrac olunan neft $14,62 mlrd. təşkil etmişdi.

Digər bir məqam isə emal edilmiş neft məhsullarının həcmi 0,85 mln. ton təşkil edib, (bildiyimiz kimi hazırda NEZ tam hazır deyil, bunun təsiri var) bu ötən il 1 mln. tondan çox idi.

Hazırda neft-qaz sektorunun ümumi ixracda payı 90,08% təşkil edib, bu ötən ilin eyni dövründə 91,29% təşkil edirdi.

Son xəbərlər
Digər xəbərlər