18 C
Baku
Thursday, May 16, 2024

Azərbaycanla Sinqapurun birgə şirkətinin “Ramanı”dan gəlirləri kəskin düşüb

Azərbaycanda karbohidrogenlərin kəşfi, işlənməsi və hasilatı məşğul olan birgə müəssisə “AzGerneft” MMC-nin ötən il ərzində gəlirlərində böyük azalma var.

Banker.az xəbər verir ki, “AzGerneft” 2020-ci il ərzində cəmi $33 mln. (rəsmi məzənnə ilə: 56.1 mln. AZN) gəlir əldə edib. Bu da öncəki ildən $27 mln., yaxud 45 faiz azdır.

“AzGerneft” 1996-cı ildən fəaliyyət göstərən birgə müəssisədir. Şirkətin nizamnamə kapitalında Dövlət Neft Şirkətinin (SOCAR) 40 faiz, Sinqapur Respublikasının “Union Grand Enerji PTE Ltd”nin isə 60 faiz payı vardır. Şirkətin n.kapitalı $166.6 mindir və qanuni təmsilçisi Çingiz İsayev Hüseyn oğludur. Bu şirkətə Ramanı və Balaxanı yataqları həvalə edilib.

Birgə müəssisənin ötən il üzrə məhsulun maya dəyəri isə $27 mln. həcmində olmaqla öncəki ildən cəmi $1 mln. azdır. Nəticədə isə 2020-ci il üzrə ümumi mənfəəti $6 mln. təşkil edib. Halbuki, hesabat ilindən öncəki ildə $32 mln. idi.

Beləliklə, digər xərclərlə də çıxıldıqdan ($2 mln. mənfəət vergisi) sonra “AzGerneft”in xalis mənfəəti $4 mln.-a düşmüşdür. Öncəki ildə xalis mənfəəti $25 mln. idi.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər