Xakerlər Ukrayna bankından 1 mln. dollar oğurlayıblar.
Məlumatda bildirilir ki, xakerlər bank sistemini virus ilə yoluxdurularaq təstiqlənməmiş hesablar generasiya etmişdirlər. Ümumi həcmi 950 min dollar olan hesablar ilk öncə Şanxay banklarından birində açılmış hesaba köçürülmüş, oradan isə ofşorda olan FAR SIGHT INTERNATIONAL LTD şirkətinin 2015-ci ildə açılmış hesabına köçürülmüşdür.
Qeyd olunur ki, xaker qrupuna Azərbaycan, Ermənistan, Rusiya və Ukraynalılar daxildir. Onlar bütün pulları Çin ərazisində yerləşən bankomatlar vasitəsi ilə nağdlaşdırıblar.