“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin törəmə cəmiyyəti olan “AzerBlast” Məhdud Məsuliyyətli Cəmiyyətinə yeni direktor təyin edilib.
Banker.az-ın məlumatına görə, yeni təyin edilən direktor Fuad Ramazanov Səfər oğludur.
Ona qədər bu vəzifədə Rizvan Baxşiyev idi.
Fuad Ramazanov kimdir?
27 aprel 1980-ci ildə Bakı şəhərində anadan olub.
1996-2000 -ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində İqtisadi mühəndislik, Beynəlxalq iqtisadi münasibətlər və idarəetmə ixtisası üzrə təhsil alıb.
2001-ci ildən yerli və beynəlxalq şirkətlərdə müxtəlif rəhbər vəzifələrdə işləyib.
2004-2008-ci illərdə “British Standards Institution” MMC-də maliyyə, təchizat və logistika üzrə rəhbər vəzifələrdə çalışıb.
2008-2017-ci illərdə Rusiya Federasiyasının tikinti şirkətlərində mühasib, baş mühasib və rəhbər vəzifələri icra edib.
2018-2021-ci illərdə “AzerGold” QSC-də Daxili nəzarət şöbəsinin müdiri, 2021-2022-ci illərdə Təmir-tikinti və energetika şöbəsinin müdiri, 2022-2024-cü illərdə yenidən Daxili nəzarət şöbəsinin müdiri vəzifəsində çalışıb.
2024-cü ilin aprel ayından etibarən “AzerBlast” MMC-də İcraçı direktor müavini vəzifəsində çalışıb.
Xatırladaq ki, Cəmiyyət 9 mart 2021-ci il tarixində dövlət qeydiyyatına alınıb.Ümumi paylarının 51 faizi “AzerGold” QSC-yə və 49 faizi isə “DM Servis” MMC-yə məxsus olmaqla Cəmiyyətin iki təsisçisi mövcuddur.