12 C
Baku
Sunday, November 17, 2024

Azercell əsas səhmdarının Azərbaycandan getməsi ilə bağlı məlumat yaydı

“Fəaliyyətimizi eyni şəkildə davam etdirəcəyik”.

Bundan öncə həm Avrasiya, həm də Avropa regionunda fəaliyyət göstərən TeliaSonera özünün yeni strategiyası çərçivəsində səylərini İsveç və Avropada cəmləşdirmək məqsədilə Avrasiya ərazisindəki fəaliyyətini azaltmağa, nəticə etibarilə tamamilə regiondan çıxmaq planlarını həyata keçirməyə qərar verib.

Bu qərar TeliaSonera şirkətlər qrupunun idarə heyəti tərəfindən qəbul olunub.

Bu barədə Oxu.Az-a İsveç TeliaSonera şirkətinin əsas paya malik olduğu Azercell Telekom-dan bildiriblər.

Şirkətdən bildiriblər ki, əsas səhmdarın Avrasiya regionuna aid şirkətlərdəki fəaliyyətini dayandırmaq niyyətinə baxmayaraq, Azərbaycanın mobil telekommunikasiya bazarının lideri “Azercell Telekom” MMC ölkə qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərir və öz fəaliyyətini eyni şəkildə davam etdirəcək.

“Bizim məqsədimiz, hər zaman olduğu kimi, müştərilərimizə yüksək keyfiyyətli mobil rabitə xidmət göstərməkdir və bu məqsədimizə də daim sadiq qalaraq, müştərilərimizi yeni-yeni kampaniyalarla, tariflərlə və xidmətlərlə sevindirməkdə davam edəcəyik”, – deyə, şirkətdən bildiriblər.

Son xəbərlər
Digər xəbərlər