13 C
Baku
Friday, April 19, 2024

“Azercell” “010” prefiksli nömrələri istifadəyə verib

Azərbaycanın mobil rabitə operatoru “Azercell” şirkəti yeni “010” prefiksli (şəbəkə kodlu) nömrələri istifadəyə verib.

Şirkətdən verilən məlumata görə, müştərilər bəyəndiyi “010” prefiksli nömrəni azercellim.com saytı vasitəsilə seçib dərhal rəsmiləşdirə bilər. Həmin sayt üzərindən nömrə üçün onlayn ödəniş tamamlandıqdan sonra abunəçinin qeyd etdiyi əlaqə nömrəsi və ya elektron ünvanına xüsusi sifariş kodu göndərilir. Həmin kodu 7 gün ərzində istənilən “Azercell” satış məntəqəsinə təqdim etməklə yeni nömrəni əldə etmək mümkündür.

Şirkətinin prezidenti Zərinə Zeynalovanın sözlərinə görə, “Qaliblərin seçimi!” şüarı ilə ifadə olunan “010” seriyalı nömrələr Vətən müharibəsində qalibiyyətin ilk ildönümünə ithaf olunur.

 

Son xəbərlər
Digər xəbərlər