6 C
Baku
Sunday, December 15, 2024

“Azercell” 1.5 milyon manat sərmayə ilə yeni şirkət yaratdı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “A-Solutions Elektron Pul Təşkilatı” MMC-ni dövlət qeydiyyatına alınıb.

Banker.az xəbər verir ki, şirkətin nizamnamə kapitalı 1 500 000 manatdır və qanuni təmsilçisi Hüseynov Azad İsrail oğludur.

“A-Solutions Elektron Pul Təşkilatı” MMC-nin Müşahidə Şurasının üzvləri Əliyeva Şirin Eldar qızı, Tekeli Taylan və Zərinə Zeynalova Turan qızıdır. Zərinə Zeynalova həm də  Azercell Telekom-un qanuni təmsilçisidir.

Yeni yaradılan şirkət “Azercell Telekom” MMC ilə eyni hüquqi ünvan olan Yasamal rayonu, Tbilisi prospekti, ev 149-da yerləşir.

 

Son xəbərlər
Digər xəbərlər