16 C
Baku
Friday, October 17, 2025

“Azercell” 16 noyabrdan bu tarif paketlərini yeniləyir

16 noyabr 2025-ci il tarixdən etibarən “Azercell Telekom” MMC-nin fakturasız (SimSim) xətt sisteminə aid nömrələrinin abunəçiləri üçün “Azercellim”, “Bölgə”, “GəncSim”, “Hər Yerə” və “Bizimkilər” tarif paketləri yenilənmiş və daha əlverişli şərtlərlə istifadəyə veriləcək.

Banker.az xəbər verir ki, yenilənmiş şərtlərə əsasən, tarif paketlərində mövcud olan 25 şəbəkədaxili danışıq dəqiqəsi əvəzinə abunəçilərə 40 dəqiqə bütün istiqamətlərə (ölkədaxili) danışıq imkanı təqdim olunacaq.

Bununla yanaşı, mobil internet paketinin həcmi də genişləndiriləcək və mövcud 250 MB-dan 450 MB-a qədər artırılacaq.

Təkmilləşdirilmiş şərtlər əsasında “Azercellim”, “Bölgə”, “GəncSim”, “Hər Yerə” və “Bizimkilər” tarif paketlərinə 3,89 AZN aylıq abunə haqqı tətbiq olunacaq.

“Azercellim”, “Bölgə”, “GəncSim”, “Hər Yerə” və “Bizimkilər” tarif paketlərinin digər şərtləri dəyişilməz qalır.

 

Son xəbərlər
Digər xəbərlər