16 C
Baku
Friday, October 18, 2024

“Azercell” 2 sərfəli kampaniyasına qoşulmaları dayandırır

22.12.2023-cü il tarixindən etibarən fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulan “Gözəl nömrələr” kampaniyasına və fakturalı xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulan “Sərbəst tarifli gözəl nömrələr” kampaniyasına yeni qoşulmalar dayandırılacaq.

Banker.az bu barədə şirkətin elanına istinadən xəbər verir.

Qeyd olunan tarixədək kampaniyalara qoşulmuş abunəçilərə kampaniyalar çərçivəsində təqdim edilən paketlərdən minimum istifadə müddəti ərzində və ya qoşulma imkanı həddində kampaniyaların mövcud şərtləri və qaydaları tətbiq ediləcək.

Özəl tarifli GÖZƏL NÖMRƏLƏR 39 AZN-dən başlayırdı. Abunəçilər tərəfindən seçilən gözəl nömrələr onlara GəncOl və ya Sərbəst tarif paketlərindən birinə 6-12 aylıq abunə ilə təqdim olunurdu.

İstənilən “Sərbəst” tarif paketinə qoşulan fakturalı xətt abunəçiləri seçdikləri gözəl nömrəni hədiyyə olaraq əldə edirlər. Tarifə ilk dəfə qoşulduqda birdəfəlik 50% güzəşt tətbiq olunurdu.

 

 

Son xəbərlər
Digər xəbərlər