“Azercell Telekom” MMC bu il bazar payını 1% artıraraq 49%-ə çatdırıb”.
Banker.az mənbəyə istinadən xəbər verir ki, bunu Bakutel sərgisində şirkətin prezidenti Vahid Mürsəliyev deyib.
V.Mürsəliyevin sözlərinə görə, rəhbəri olduğu şirkət müştərilərə daha keyfiyyətli xidmət göstərmək üçün fəaliyyətini davam etdirib: “Şirkətin brendinin dəyişməsi ilə bağlı addımlar atılır. 2019-cu ildə rebrendinq olacaq və müştərilərimizə yeni brendlə xidmət göstərəcəyik”.
– Report