12 C
Baku
Wednesday, December 11, 2024

“Azercell” 2022-ci ildə xalis mənfəət əldə edib – Yığılmış mənfəəti 790 milyonu keçdi!

Azərbaycanda mobil operator “Azercell Telekom” MMC 2022-ci ildə 128.84 mln. manat xalis mənfəət əldə edib.

Banker.az xəbər verir ki, bu barədə telekommunikasiya şirkətinin illik audit hesabatında bildirilir.

Hesabatda qeyd edilir ki, “Azercell” 531.82 mln. manat həcmində gəlir əldə edib və bu, öncəki ildən 8.1 faiz yuxarıdır.

Bununla belə, şirkətin satışlarının maya dəyəri öncəki ildə 343.74 mln. manat olduğu halda, hesabat ilində 362.53 mln. manat olub.

Beləliklə, şirkətin 171.41 mln. manat əməliyyat mənfəəti olub. Şirkət ötən il mənfəətindən 42.57 mln. manatlıq vergi ödəmiş və nəticədə xalis mənfəəti 128.84 mln. manat olub. Öncəki ildə telekommunikasiya şirkətinin xalis mənfəəti 121.18 mln. manat idi.

Bu xalis mənfəətdən sonra “Azercell Telekom”un bölüşdürülməmiş mənfəəti 1 yanvar 2023-cü ilə 790.32 mln. manat olub.

 

232342423234

Son xəbərlər
Digər xəbərlər