3 C
Baku
Bazar ertəsi, Yanvar 17, 2022

“Azercell” abunəçiləri balansından “Bakcell” və “Nar” nömrələrinin balansını artıra biləcək

Bu ilin iyunun 8-dən etibarən “Azercell”in fakturasız (“SimSim”) xətt sisteminə aid nömrələrin abunəçiləri “Mobil Ödəmə” xidməti vasitəsilə nömrələrinin balansında olan məbləğdən “Azercell” ilə yanaşı “Bakcell” və “Nar” mobil operatorlarına aid digər nömrələrin də balansını artıra biləcək.

Banker.az bu barədə “Azercell”in yaydığı məlumata istinadən xəbər verir.

Məlumatda qeyd olunur ki, digər nömrələrin balansına keçirilən məbləğə 5% həcmində xidmət haqqı (ƏDV daxil olmaqla) tətbiq ediləcək.

Son xəbərlər
Oxşar xəbərlər