“Azercell Telekom” MMC abunəçilərinə müraciət edib.
Şirkətdən verilən məlumata görə, göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədi ilə martın 3-də təkmilləşdirmə işləri aparılacaq.
“Bununla əlaqədar martın 3-də gecə saatları ərzində bəzi xidmətlərin istifadəsində müvəqqəti çətinliklərin yaranması mümkündür”, – deyə məlumatda vurğulanıb.