1 C
Baku
Saturday, December 14, 2024

“Azercell” akart ilə bağlı bütün hüquqlarını bu şirkətə ötürür

“Azercell Telekom” MMC təqdim etdiyi akart xidməti ilə əlaqədar bütün mülkiyyət və müəllif hüquqlarını, o cümlədən müştərilərə aid hesablar, həmin hesablar üzrə tarixçə, müştəri balansları, xidmət haqqı ödənişləri, keşbek qaytarılması, hesablar üzrə bütün digər məlumat və həyata keçirilən əməliyyatlar, həmçinin hazıradək və gələcəkdə həmin xidmət üzrə müştərilərin yaranacaq hər hansı borc öhdəliklərinə dair tələblər üzrə bütün hüquqlarını “A-Solutions Elektron Pul Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə ötürür.

Banker.az xəbər verir ki, qərar 05.09.2024-cü il tarixindən qüvvəyə minəcək.

“Azercell Telekom”un törəmə müəssisəsi olan “A-Solutions Elektron Pul Təşkilatı” cari ilin mayın 16-da Mərkəzi Bankı tərəfindən verilmiş lisenziya əsasında elektron pulu emissiya və elektron pul ilə əlaqəli ödəniş əməliyyatlarını icra etmək, eyni zamanda lisenziyasında nəzərdə tutulduğu halda digər ödəniş xidmətlərini həyata keçirmək hüququna malikdir.

Göstərilən tarixədək “Azercell Telekom”a müraciət edib akart xidmətindən imtina etməyən müştərilər “A-Solutions Elektron Pul Təşkilatı” tərəfindən eyni əlverişli şərtlər ilə təqdim edilən akart xidmətindən yararlanmağa davam edə biləcəklər.

Son xəbərlər
Digər xəbərlər