®Azercell korporativ müştərilər üçün nəzərdə tutulmuş “Azercell Biznes” rəqəmsal ekosistemi çərçivəsində İoT və M2M platformasını təqdim edib. Platforma müştərilərə IoT və M2M cihazlarının vahid mərkəzdən idarə olunması, real vaxt rejimində nəzarət və əməliyyat səmərəliliyinin artırılması üçün çevik imkanlar verir.
Yeni həll M2M cihazlarının statusunun və trafik istifadəsinin real vaxt rejimində idarə olunmasını,hovuz internet balanslarının tənzimlənməsini və xərclərin optimallaşdırılmasını mümkün edir. Bu yanaşma müəssisələrə müxtəlif layihələr üzrə əməliyyat risklərinin azaldılmasını və resurslardan daha səmərəli istifadə edilməsini də təmin edir.
IoT və M2M həlli logistika, nəqliyyat, istehsal, maliyyə, satış, neft-qaz, eləcə də ağıllı şəhər layihələri daxil olmaqla bir çox sahələrdə tətbiq oluna bilər. Platforma müştəri yönümlü, çevik interfeys, yüksək təhlükəsizlik standartları və genişlənə bilən arxitektura ilə seçilir. Bu xüsusiyyətlər mövcud IoT layihələrinin rahat idarə olunması ilə yanaşı, yeni nəsil həllərin də asanlıqla platformaya inteqrasiyasını mümkün edir.
Qeyd edək ki, Azercell bu təşəbbüslə ölkədə rəqəmsal transformasiyanın sürətlənməsinə və ağıllı texnologiyaların tətbiqinə töhfə verməyə davam edir.






