31.10.2022-ci il tarixdən etibarən “Azercell Telekom” MMC-nin fakturasız (SimSim) və fakturalı xətt sisteminə aid nömrələrdə 4G sürətini sınamaq üçün nəzərdə tutulan xüsusi “Metro” internet paketi kampaniyasına qoşulmalar dayandırılacaq.
Banker.az xəbər verir ki, bu barədə “Azercell”in abunəçilərinə müraciətində bildirilir.
Onu da qeyd edək ki, “Azercell Telekom” MMC tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədilə aparılacaq təkmilləşdirmə işləri ilə əlaqədar 20.10.2022-ci il tarixdə gecə saatları ərzində bəzi xidmətlərin istifadəsində müvəqqəti çətinliklərin yaranması mümkündür.