7 C
Baku
Sunday, January 12, 2025

“Azercell” bu internet paketlərində dəyişiklik etdi

07.12.2024-cü il tarixindən “GigaMax” və “GigaMax+” internet paketlərində dəyişiklik ediləcək.

Banker.az xəbər verir ki, 14 yanvar 2025-ci il tarixindən etibarən “Azercell Telekom” MMC-nin fakturalı xətt sistemində korporativ abunəçilərə təqdim edilən “GigaMax” və “GigaMax+” internet paketlərində aşağıdakı dəyişikliklər tətbiq ediləcək:

İnternet paketin adı İstifadə müddəti Maksimal sürət (mb/s) Qiymət (AZN ƏDV daxil) Təqdim edilən həcm
“GigaMax” 30 gün 1 16,9 60 GB
“GigaMax+” 30 gün 7 26,9 80 GB

Müvafiq paketlərə qoşulmuş abunəçilər paketin növbəti yenilənməsindən sonra yeni şərtlərə uyğun olaraq paketlərdən istifadə edə biləcəklər. Müvafiq dəyişiklik ilə “GigaMax+” internet paketi çərçivəsində təqdim edilən internetdən istifadə sürəti artırılaraq daha rahat və əlverişli istifadə imkanı yaradılır. 

“GigaMax” və “GigaMax+” internet paketlərinin digər şərtləri əvvəlki kimi qalmaqda davam edir, abunəçilərə həmin Paketlər çərçivəsində təqdim edilən həcm bitdikdən sonra istifadə müddətinin sonunadək 256 kb/s sürət həddində limitsiz həcmdə, əlavə ödəniş etmədən istifadə etmək imkanı təqdim edilir.

Son xəbərlər
Digər xəbərlər