“Azercell” tarifləri artırdı.
18.01.2022-ci il tarixdən etibarən “Azercell Telekom” MMC-nin fakturalı xətt sistemində “Gigamax” kampaniya çərçivəsində korporativ abunəçilərə təqdim edilən “Gigamax”, “Gigamax+” və “Gigamax pro” internet paketlərdə müvafiq olaraq 14,90 manat, 24,90 manat və 49,90 manat aylıq abunə haqqı tətbiq ediləcək.
Xatırladaq ki, əvvəl “Gigamax” kampaniya çərçivəsində korporativ abunəçilərə təqdim edilən “Gigamax” internet paketinin qiyməti 9.90 manat, “Gigamax+” da 19.90 manat, “Gigamax pro”da isə 49.90 manat idi. “Gigamax” və “Gigamax+”da internet paketlərinin qiyməti 5 manat artıb, “Gigamax pro”da eyni qalıb.
Qeyd edək ki, abunəçilər göstərilən dəyişikliklər, müvafiq paketlərin şərtləri, sifarişi, başqası ilə əvəzetmə və imtina qaydası barədə, o cümlədən “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.