24 C
Baku
Thursday, July 4, 2024

“Azercell” bu tarif paketi üzrə qiymətləri artırdı

12 iyul 2024-cü il tarixdən etibarən “Azercell Telekom” MMC-nin fakturasız (SimSim) xətt sistemində abunəçilərə təqdim edilən “Bölgə” tarif paketi çərçivəsində “Limitsiz danışıq” kampaniyasının xidmət haqqı 0,49 AZN təşkil edəcək.

Banker.az xəbər verir ki, hal-hazırda “Limitsiz danışıq” kampaniyasında gündəlik abunə haqqı 0.45 AZN-dir.

Xatırladaq ki, “Limitsiz Danışıq” kampaniyasının deaktiv etmə haqqı – 0.50 AZN-dir. Şəbəkədaxili 500 dəqiqə, Zəngin maksimal müddəti 30 dəqiqədir, Zəngin hesablama intervalı 60 saniyədir, Kampaniya her gün yenilənir. Dəqiqələr yalnız Rayon ərazisində istifadə edilə bilər. Kampaniya Bakı/Abşeron ərazisində yenilənir, lakin təklif olunan dəqiqələrdən istifadə etmək mümkün deyil.

Son xəbərlər
Digər xəbərlər