24.09.2022-ci il tarixdən etibarən “Azercell Telekom” MMC-nin fakturasız (SimSim) xətt sistemində abunəçilərə təqdim edilən “Veteran” kampaniyasına yeni qoşulmalar dayandırılacaq.
Banker.az xəbər verir ki, həmin kampaniyaya göstərilən tarixədək qoşulan abunəçilər kampaniyadan imtina etmədikləri təqdirdə istifadəyə davam edə biləcəklər.
Nəzərinizə çatdırırıq ki, “Azercell Telekom” MMC-nin fakturasız (SimSim) xətt sisteminə aid nömrələrin abunəçiləri “Veteran” tarif paketinə qoşula bilərlər.