11 C
Baku
Tuesday, November 26, 2024

“Azercell” bu tarif paketinin istifadə müddətini dəyişdirdi

“Azercell Telekom” MMC tərəfindən təqdim olunan xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, müştərilərə təklif olunan xidmət və tariflərin optimallaşdırılması məqsədi ilə 8 oktyabr 2024-cü il tarixindən etibarən Fakturasız (SimSim) xətt sisteminə aid “Turist” tarif paketləri və nömrələri üzrə 15 günlük istifadə müddəti artırılaraq 30 gün müəyyən edilməklə abunəçilərə daha rahat istifadə imkanı təmin ediləcək.

Banker.az xəbər verir ki, həmçinin “Turist” tarif paketləri çərçivəsində təqdim edilən WhatsApp, Facebook, Instagram, Snapchat və TikTok istifadəsi üçün təqdim edilən internet həcmi və ümumi  internet istifadəsi ilə bağlı nəzərdə tutulan internet həcmi birləşdirilərək daha rahat və əlverişli istifadə imkanı yaradılır.

Azərbaycan Respublikasına qısa müddətli səfər edən xarici ölkə vətəndaşlarının fakturasız (SimSim) xətt sistemində yalnız “Turist” tarif paketlərinə qoşulma imkanı təmin edilməklə digər tarif paketlərə qoşulmalara məhdudiyyət qoyulacaq. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazəsi olan əcnəbi vətəndaşlar “Turist” tarif paketi üzrə 30 gün istifadə müddəti bitdikdən sonra nömrədən istifadəni davam etdirmək üçün müvafiq sənədi təqdim etməklə “Turist” paketlərindən və ya digər tarif paketlərindən istifadəni davam edə biləcəklər.

Turist tarif paketlərinin adı Qiymət Danışıq İnternet
Xoş gəldin 39 AZN 100 ölkədaxili və beynəlxalq dəqiqə 30 GB
Super 59 AZN 200 ölkədaxili və beynəlxalq dəqiqə 60 GB
Maks 79 AZN 300 ölkədaxili və beynəlxalq dəqiqə 120 GB

 

Qeyd: Abunəçilər göstərilən dəyişikliklər, tarif və internet paketlərinin şərtləri, sifarişi, başqası ilə əvəzetmə və imtina qaydası barədə, o cümlədən “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.

Son xəbərlər
Digər xəbərlər