30 iyun 2025-ci il tarixindən etibarən “Azercell Telekom” MMC-nin abunəçiləri üçün “Busuu” tətbiqi çərçivəsində təqdim edilən günlük xidmətdən istifadəyə görə 0,35 AZN xidmət haqqı müəyyən ediləcək.
Banker.az xəbər verir ki, qiymət ƏDV daxil göstərilib.
Hazırda “Busuu” tətbiqi çərçivəsində təqdim edilən günlük xidmətdən istifadəyə görə günlük abunə 0.25 AZN, aylıq abunə isə 3.5 AZN təşkil edir.
Xatırladaq ki, Busuu dünyanın 10 ən nüfuzlu dil öyrənmə tətbiqindən biridir. Nyu-York Universitetinin araşdırmasına əsasən tətbiqdə 22 saatlıq dil öyrənmə məşğələsi universitetdə bir semestr boyunca tədris edilən dil dərslərinə bərabərdir. Həmçinin, dil kurslarını uğurla bitirdikdən sonra nüfuzlu “McGraw-Hill” sertifikatını əldə etmək olar.