28.02.2023-cü il tarixdən etibarən “Azercell Telekom” MMC-nin fakturalı xətt sistemində korporativ abunəçilərə təqdim edilən “Socar 20”, “Socar 50”, “Socar 100”, “50 SMS”, “100 SMS”, “200 SMS”, “250 SMS”, “500 SMS” SMS paketlərinə və “Biznes 25 (illik)” paketinə yeni qoşulmalar dayandırılacaq. Göstərilən tarixədək paketlərə qoşulan abunəçilər müvafiq istifadə müddəti bitənədək paketlərdən istifadəyə davam edə biləcəklər.
Banker.az xəbər verir ki, bu barədə “Azercell Telekom” MMC-nin abunəçilərinə müraciətində bildirilir.
Həmçinin 27.02.2023-cü il tarixdən etibarən “Azercell Telekom” MMC tərəfindən təqdim edilən “Duetcell” xidmətinə yeni qoşulmalar dayandırılacaq. Qeyd olunan tarixədək bu xidmətə qoşulan abunəçilər xidməti deaktiv etmədikləri halda istifadəni davam etdirə biləcəklər.
“Azercell Telekom” MMC aşağıda göstərilən 10 tarif paketini ləğv edir, qeyd olunan tarixdən etibarən növbəti yenilənmə dövrünədək digər tarif paketlərinə keçid etməyən abunəçilərin nömrələrində mövcud paketlər avtomatik olaraq siyahıda sadalanan ardıcıllıq ilə tarif paketlərinə abunəlik ilə əvəz ediləcək.