“Azercell Telekom” şirkəti 04.03.2023-cü il tarixindən fakturalı xətt sistemində korporativ müştərilərə təqdim edilən 5 tarif paketini ləğv edəcək.
Banker.az xəbər verir ki, bu barədə “Azercell”in abunəçilərinə müraciətində bildirilir.
Növbəti tarif paketlərinə keçid etməyən abunəçilərin nömrələrindəki mövcud paket avtomatik olaraq daha əlverişli paket ilə əvəz ediləcək.