5 avqust 2024-cü il tarixindən etibarən, “Azercell Telekom” MMC-nin fakturasız (SimSim) və fakturalı xətt sisteminin abunəçilərinin istifadəsi üçün nəzərdə tutulmuş “Zəngimi Ödə” xidməti ləğv ediləcək.
Bu barədə Banker.az şirkətin elanına istinadən xəbər verir.
“Abunəçilər müxtəlif güzəştli danışıq, internet xidmətləri ilə də bağlı əlverişli istifadə şərtləri olan digər paketlərdən yararlana, həmçinin internet və danışıq dəqiqələrinin bir araya gəldiyi sərfəli tarif paketlərindən istifadə edə bilərlər”.-deyə, şirkət bildirir.