31 C
Baku
Monday, July 15, 2024

“Azercell” dövlət şirkəti işçiləri üçün təqdim etdiyi tarif paketlərini ləğv edir

22 avqust 2023-cü il tarixdən etibarən “Azercell Telekom” MMC-nin fakturalı xətt sistemində korporativ abunəçilərə təqdim edilən “Socar 500” və “Socar 1500” danışıq paketləri ləğv ediləcək.

Banker.az xəbər verir ki, bu barədə telekommunikasiya şirkətinin elanında bildirilib.

Şirkət bunu “xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi və korporativ müştərilərə təklif olunan tariflərin optimallaşdırılması” məqsədilə etdiyini bildirir.

Göstərilən tarixədək paketlərə qoşulan abunəçilər müvafiq istifadə müddəti bitənədək paketlərdən istifadəyə davam edə biləcəklər.

Son xəbərlər
Digər xəbərlər