6 C
Baku
Sunday, December 15, 2024

“Azercell” gələn aydan bu xidməti də ləğv edir

20.02.2023-cü ildən etibarən “Azercell Telekom” MMC-nin fakturasız (SimSim) və fakturalı xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulmuş “Zvuk” xidməti ləğv ediləcək.

Banker.az xəbər verir ki, bu barədə “Azercell”in abunəçilərinə müraciətində bildirilir.

Göstərilənlərə əsasən, xidmətin ləğv ediləcəyi tarix nəzərə alınmaqla xidmətin müvafiq növbəti aylıq, həftəlik və günlük yenilənmələrinə məhdudiyyət qoyulacaq.

Qeyd edək ki, Zvuk – 75 milyondan çox mahnı, HiFi keyfiyyətli musiqi, minlərlə podkast, eksklüzivlər və fərdiləşdirilmiş dalğalar təqdim edən audioxidmətdir.  Günlük abunə üçün xidmət haqqı 0.25 ₼, aylıq abunə üçün xidmət haqqı isə 4.5 ₼ təşkil edir.

Son xəbərlər
Digər xəbərlər