Son zamanlar fintex sahəsinə olan maraq dünyada olduğu kimi Azərbaycandada durmadan artır. Artıq bu sahədə yenilik edərək birincilərdən olmaq müəyyən bir şərtə çevrilib. Azərbaycanın ən iri mobil operatorlarından olan Azercell-də bu bazara maraq göstərərək plastik kart (virtual kart) buraxmaq haqqında bir qədər öncə məlumat vermişdi. Artıq bu kart işıq üzü görüb və adı “akart” olaraq qeyd olunub. Məlumat üçün bildirək ki, Azercell-in bank lisenziyası olmadığı üçün, bank əməliyyatlarını aparmaq üçün partyor olaraq PaşaBank-la birgə müştərək işləyir. İki təşkilat arasında biznes anlaşmasının necə olması haqqında bizdə məlumat olmasada, aydındırki bu kartın marketinq tərəfi (ola bilər hətta biznes tərəfidə) Azercell-in payına düşüb.
Banklar “akart” keysindən nələri öyrənə bilərlər?
İlk olaraq qeydiyyat prosesinin çox rahat təşkil olunmasından. Siz Azercell-in mobil tətbiqindən müraciəti göndərirsiniz, identifikasiyadan keçirsiniz – məlumat üçün bildirək ki sistemə Azercell-in ana şirkəti olan Azİntelecom-un işləyib hazırladığı SİMA sistemidə inteqrasiya edilib, siz bu sistem vasitəsi ilə biometrik məlumatları sistemə ötürdükdən sonra imzalama hüququ əldə etmiş olursunuz. Yəni, bütün bu proses tam olaraq online şəkildə gedir və bir neçə dəqiqə ərzində siz artıq karta sahib olmuş olursunuz və onu istifadə edə bilərsiniz. Banklarda bu proses necə gedir? Siz kartı online sifariş etsənizdə bir çox bankda sizi yenədə sənəd imzalamağa ya filiala dəvət edəcəklər, ya kuryer əlində bir qalaq sənədlə salamlayıb onları sizə imzalatdıracaq. “akart”-ın qeydiyyatı və istifadəsi ilə bağlı biznes prosesi biz əslində bankdan gözləyirdik, lakin Azərbaycanda olan heç bir bank bu prosesi bu qədər rahat edə bilmədi.
İkinci məsələ, müştəriləri maraqlandırma mexanizmi. Məlumat üçün bildirək ki, “akart”-ın əsas özəlliyi onun Supermarket, Aptek və Yanacaqdoldurma məntəqələrində ödəniş zamanı 5% kəşbək verməsidir (digər bütün ödənişlərə 1%). Bu qədər kəşbək əslində artıq YeloBank, Kapital Bankın və s. banklarda olmuşdur – lakin orada hər ay bir və ya bir neçə kateqoriya seçməklə bu mümkün idi. “akart” isə bunu standart olaraq 3 kateqoriya üzrə daimi aktivləşdirib. Bu əslində böyük büdcə tələb edən layihədir. Görək hansı məqama qədər bu büdcə onlarda tab gətirəcək.
Azərbaycanın iri bankları hələdə bu bazarda xırda kəşbək faizləri təklif etməklə öz xüsusi müştəri kontingentini saxlamağa çalışır. Lakin görünən odurki hələki bu onlarda çoxda yaxşı alınmır. Əslinə qaldıqda, banklar təkcə kəşbək paylamaqla bir şey əldə edə bilməyəcəyi hər kəsə aydındır– bunu artıq bir bankın timsalındada görümüşük, bankın əsas məqsədi cəlb etdiyi kütləyə cross-selling metodu ilə əlavə məhsulların satışını həyata keçirib layihənin gəlirlə işləməsinə nail olmalıdır. Əks halda bu kampaniya banka ciddi maliyyə yükü ola bilər və əvəzində sadəcə imic reklamı əldə etmiş olar.
Ümid edirik ki, Azercell və PaşaBank komandası bu nöqdətə dayanan deyil, öz fintex layihəsini dahada inkişaf etdirəcək, bank bazarında yeniliklərə imza atacaqlar.