23 C
Baku
Monday, June 2, 2025

Azercell-in SimSim abunəçiləri üçün yeni tarif mexanizmi qüvvəyə minir

19 iyun 2025-dən etibarən qüvvəyə minən dəyişikliklərlə Azercell fakturasız (SimSim) abunəçiləri üçün bəzi yeniliklər təqdim edir. Redaksiyamız Azercell-in Azərbaycan qəzetində dərc etdiyi elanı istifadəçi üçün təhlil etdi:

Əvvəllər abunəçilərin qarşılaşdığı çətinliklərdən biri balans artırılmasına görə verilən istifadə müddətinin başa çatması ilə nömrənin 1 tərəfli bağlanması idi. Balansda vəsait olsa belə yüklənən məbləğə əsasən verilən istifadə müddəti bitdikdən sonra istifadəçi hesabına vəsait yükləyib nömrəni təkrardan aktiv etməli olurdu. Misalçün, “Azercellim” və ya “Bölgə” tarifində olan abunəçi 2 AZN balans yüklədikdə, balans yalnız 10 gün etibarlı olurdu və bu müddət bitdikdən sonra nömrə birtərəfli bağlanır, istifadə olunmamış dəqiqə və internet resurslarından istifadə məhdudlaşırdı. Abunəçi bu resurslardan istifadə edə bilməsi üçün balansı vaxtaşırı yenidən artırmalı olurdu.

Azercell-in elanından belə anlaşılır ki, təqdim olunan yeniliklərlə artıq bu problem aradan qalxacaq. Belə ki, yeni sistemə əsasən, abunəçi balansına tarif haqqı qədər (məsələn 2 AZN) vəsait yüklədikdə, tarif avtomatik olaraq 30 gün müddətinə yenilənəcək və nömrə bu müddət ərzində ikitərəfli aktiv qalacaq. Artıq istifadə müddəti yükləmə məbləğindən asılı olmayacaq və tarifin istifadə müddəti ərzində balansın ayrıca artırılması zərurəti aradan qalxacaq. Bu da istifadəçiyə təqdim olunan dəqiqə və internet paketlərindən tam yararlanmaq imkanı verəcək. Onu da qeyd edək ki, bu dəyişiklik müştəri təcrübəsini gücləndirən və bazarda olan ilk yanaşmadır.

Bu dəyişiklik sayəsində həm bütün nominallı (1, 2, 3, 5, 10, 25, 50 və 100 AZN) danışıq kartları, həm də elektron ödənişlə balans artırma müddəti daha çevik şəkildə idarə olunacaq. Belə ki, abunəçilər tarif planının aylıq ödənişini etməklə nömrələrini tarifin istifadə müddəti boyunca açıq saxlaya biləcək və əvvəlkindən daha uzun müddət ərzində nömrədən istifadə imkanı əldə edəcəklər. Bu yanaşma təqdim olunan istifadə müddətini daha əlverişli edir.

Son xəbərlər
Digər xəbərlər