21 C
Baku
Şənbə, May 21, 2022

“Azercell” internetin qiymətlərini 26% qaldırır, bu paketləri isə ləğv edir

Mobil operator “Azərcell Telecom” MMC bir sıra tarifləri müştəriləri üçün ləğv edir.

Banker.az telekommunikasiya şirkətinə istinadla xəbər verir ki, bundan sonra şirkət gündəlik 500 meqabayt və aylıq 60 meqabaytlıq tarifləri ləğv edib.

Telekommunikasiya şirkəti bildirir ki, bununla o təklif etdiyi internet paketlərinin “çeşidini optimallaşdırmağı planlaşdırır”.

Beləliklə, 15.04.2022-ci il tarixdən başlayaraq internet paketlərindən istifadə edən abunəçilər üçün aşağıdakı şərtlər tətbiq ediləcək:

Gündəlik 500 MB (qiyməti 1.20 AZN), aylıq 60 MB, eləcə də, limitsiz gecə (qiyməti 2 AZN) paketləri təklif olunan məhsul siyahısından çıxarılacaq və növbəti yeni qoşulmalar mümkün olmayacaq. Həmin paketlərə 15.04.2022-ci ilə kimi qoşulan abunəçilər, paketi deaktiv etmədikləri təqdirdə istifadəyə davam edə biləcəklər.

1 saat limitsiz internet paketinə – 0.59 AZN (hazırda 0.50 AZN); 3 saat limitsiz internet paketinə – 1.49 AZN (hazırda 1.20 AZN); 6 saat limitsiz internet paketinə – 2.39 AZN (hazırda 1.89 AZN); Həftə sonu limitsiz internet paketinə – 2.99 AZN (hazırda 1.50 AZN) xidmət haqqı tətbiq ediləcək.

“Azercell” 15.04.2022-ci il tarixdən etibarən “Bölgə” tarifi üçün hesablama interval iki dəfə artırılmaqla 60 saniyə kimi tətbiq ediləcək.

Xatırladaq ki, “Azercell Telecom” 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 42.08 milyon manatdır. Şirkətin səhmlərinin 51.3%-i dövlətə məxsus olan “AzInTelecom” MMC-yə, 42.2%-i Türkiyənin “Cenay İletisim” şirkətinə, 6.5%-i isə Maltanın “FA Invest” şirkətinə məxsusdur.

Son xəbərlər
Oxşar xəbərlər