5 C
Baku
Monday, December 23, 2024

Azercell Nar-ı məhkəməyə verib

Azərbaycanda iki böyük mobil operator arasında kommersiya məsələsinə görə çəkişmə ortaya çıxıb.

Banker.az xəbər verir ki, “Azercell Telekom” MMC “Nar”ın sahibi “Azerfon” MMC barəsində Bakı Apelyasiya Məhkəməsinə müraciət edib.

İddiaçı “Azercell”in iddiasına səbəb aralarında olan müqavilədən irəli mübahisədir.

Məsələyə, Bakı Apelyasiya Məhkəməsində baxılır.

Hazırkı məhkəmə işində isə hansı müqavilə üzərində aralarında çətinlik olduğu açıqlanmır.

Xatırladaq ki, bu şirkətlər arasında çəkişmə ilk deyil. 12 il bundan öncə, 2009-cu ilin iyulun 22-sindən “Azerfon”la (həmin zaman Nar Mobile, indi sadəcə Nar) arabağlantı kanallarını kəscəyini açıqlamışdı. 28 fevral 2007-ci il tarixində imzalanmış arabağlantı (hər iki operatorun abunəçilərinin bir-biri ilə mobil rabitə əlaqəsi saxlaya bilməsi üçün şəbəkələrarası bağlantı) müqaviləsindəki aylıq ödəmə şərtlərinin “Azerfon” MMC tərəfindən mütəmadi olaraq pozulması nəticəsində 2008-ci ilin iyul ayından bu günə kimi “Azerfon” MMC-nin (Nar) “Azercell Telekom” MMC-yə, ƏDV daxil olmaqla, 11 mln. manata yaxın məbləğdə arabağlantı borcu yarandığı söylənilirdi.

Son xəbərlər
Digər xəbərlər