-1 C
Baku
Sunday, December 15, 2024

“Azercell” ödəniş danışıq kartlarının istifadə müddətilərini dəyişir

“Azercell Telekom” MMC  1 iyul 2024-cü il tarixindən etibarən, fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulmuş ödəniş (danışıq) kartlarının nominalına uyğun olaraq istifadə müddətinə dəyişiklik edir.

Banker.az xəbər verir ki, ödəniş (danışıq) kartlarının nominalına uyğun olaraq istifadə müddəti aşağıdakı kimi tətbiq ediləcək:

Kartın nominalı (AZN ilə) İstifadə müddəti (təqvim günü)
1 5
2 10
3 20
5 30
10 60
25 90
50 120
100 120

Bütün nominallı (1, 2, 3, 5, 10, 25, 50 və 100 AZN) ödəmə (danışıq) kartlarında yeni ödəmə kartının yükləmə müddəti ödəmə kartlarının nominalından asılı olaraq müəyyən edilən kartın istifadə müddəti + 180 gün kimi saxlanılır. Beləliklə də, abunəçi bu müddət ərzində yeni ödəmə kartı yükləyib istifadə imkanını yeni müddətə artırmaqla, eyni zamanda həmin yeni müddət bitənədək həm daha əvvəl yüklənmiş və istifadə edilməmiş məbləğlərdən, həm də yeni yüklədiyi ödəmə kartının məbləğindən istifadə imkanına malik olacaq.
Göstərilənlər ilə yanaşı, fakturasız (SimSim) xətt sisteminə aid nömrələrin balasına elektron ödəniş üsulları ilə sərbəst seçilən nominalda pul vəsaitinin yüklənməsi imkanı təmin edilir. Fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulmuş 1, 2, 3, 5, 10, 25, 50 və 100 AZN nominallarının əvəzinə, elektron ödəniş üsulları vasitəsi ilə həyata keçirilən ödənişlərə görə aşağıdakı cədvəldə göstərilən aralıqda məbləğlər və müvafiq istifadə müddətləri təyin edilir:

Ödəniş məbləğinin aralığı İstifadə müddəti (təqvim günü)
1 AZN-dən – 1,99AZN-dək 5
2AZN-dən – 2,99 AZN-dək 10
3 AZN-dən – 4,99 AZN-dək 20
5 AZN-dən – 9,99 AZN-dək 30
10 AZN-dən – 19,99 AZN-dək 60
20 AZN-dən – 24,99 AZN-dək 90
25 AZN-dən – 49,99 AZN-dək 90
50 AZN-dən – 99,99 AZN-dək 120

 

Elektron ödəniş üsulları vasitəsi ilə ödəniş üçün daxil edilən məbləğin minimal həddi 1 AZN təşkil edir.

Son xəbərlər
Digər xəbərlər