Azərbaycanın mobil operatoru olan “Azercell” növbəti illik nəticələrini açıqlayıb.
Banker.az xəbər verir ki, “Azercell” 2021-ci ildə dövlət büdcəsinə 122.7 milyon AZN, 25 il ərzində isə ümumilikdə 2.1 milyard AZN-dən çox vergi ödəyib.
“Azercell” ötən il 44.7 milyon ABŞ dolları dəyərində, 1996-2021-ci illərdə isə 1.7 milyard ABŞ dollarından çox investisiya edib. Ölkənin mobil rabitə bazarında payı 51.8%-dir.