6 C
Baku
Saturday, December 14, 2024

“Azercell” şərtləri sərtləşdirir: Bu tarif paketləri yenilənmədikdə 8 qəpik tutulacaq

31/01/2023-cü il tarixdən etibarən, “Azercell Telekom” MMC-nin fakturasız (SimSim) xətt sistemində abunəçilərə təqdim edilən “Sərbəst” və “Gənc OL” tarif paketləri çərçivəsində  dəyişikliklər tətbiq ediləcək.

Banker.az xəbər verir ki, bu barədə “Azercell”in abunəçilərinə müraciətində bildirilir.

Dəyişikliklər aşağıdakılardır:

55 1

Bildirək ki, qiymətlər ƏDV daxil göstərilib. Hesablama intervalı 60 saniyə təşkil edir.

Onu da qeyd edək ki, Növbəti ayda abunəçinin balansında aylıq abunə haqqı üçün kifayət qədər vəsait olmadıqda (həmçinin digər internet paketləri olmadığı halda) mobil xidmətlərdən istifadə haqqı: 1 MB = 0.05 AZN, şəbəkədaxili zəngin 1 dəqiqəsi = 0.06 AZN, şəbəkəxarici zəngin 1 dəqiqəsi = 0.08 AZN təşkil edir. (interval 60 saniyə).

Son xəbərlər
Digər xəbərlər