22 C
Baku
Friday, April 19, 2024

“Azercell” şəhərin mərkəzində abunəçiləri internetlə təmin edə bilmir, şikayət var

Bakı şəhərinin bəzi ərazilərində “Azercell” şirkətinin göstərdiyi internet xidmətlərində yaranan problemlər hələ də davam edir. Problemlə bağlı şikayətlərin əksəriyyəti Xətai rayonundandır.

Abunəçilərin bildirdiyinə görə, hələ noyabr ayında problemlə bağlı şirkətə müraciət olunsa da, problem həllini tapmayıb.

Abunəçilər bildirirlər ki, 3G və 4G paketləri aktiv olunduğu halda faktiki internet sürəti xeyli aşağıdır: “3G və 4G sürətli paketlər ümumiyyətlə açılmır, həmin trafikə görə pul ödənilsə də “EDGE” şəbəkəsində xidmət olunur”.

Banker.az-a daxil olan məlumata görə, Şirkət məsələ ilə bağlı “Report”un sorğusuna hələ cavab verməyib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər