19 iyul 2022-ci il tarixdən etibarən “Azercell Telekom” MMC-nin yeni fakturasız (SimSim) xətt nömrəsi əldə edən abunəçilərə “Xoş gəldin” kampaniyası çərçivəsində təqdim edilən 3 AZN hədiyyə balansı yalnız “Sadə6”, “GəncOl6”, “GəncOl9” və bütün “Sərbəst” tarif paketlərinin alınmasına istifadə edilə biləcək.
Banker.az xəbər verir ki, həmçinin yeni fakturasız (SimSim) xətt nömrəsi alınan zaman abunəçi tərəfindən nömrə təsis haqqı üçün ödənilən minimal məbləğ bütün 050, 051 və 010 prefiksli nömrələrdə 2 AZN təyin ediləcək. Hazırda isə 1 AZN silinir və hədiyyəli 3 AZN ümumi ölkədaxili istifadə üçün təqdim olunur.
Nəzərinizə çatdırırıq ki, yuxarıda qeyd edilən dəyişikliklər yalnız fakturasız (SimSim) xətt sisteminə yeni qoşulan nömrələrə aiddir.