“Azercell” SMS ilə yanaşı bu tariflərini də 80% bahalaşdırıb – Şirkət səbəb açıqladı

0

“Azercell Telecom” MMC SMS tariflərinin 2 dəfə artırılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Banker.az bildirir ki, bu barədə Şirkəti Korporativ Ünsiyyət şöbəsinin rəhbəri Nigar Şıxlinskayanın imzası ilə “Report”a daxil olan məktubda bildirilir ki, SMS tarifləri xəbərlərdə qeyd edildiyi kimi yanvarın 12-də deyil, fevralın 12-də artırlacaq: “Qeyd edilən dəyişiklik 12.02.2019-cu il tarixindən etibarən qüvvəyə minəcək və qanunvericiliyə əsasən dəyişiklik barədə məlumat abunəçilərimiz üçün müvafiq olaraq 30 təqvim günündən əvvəl yayımlanıb”.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

OXŞAR YAZI: Azercell SMS-in tarifini 2,5 dəfə artırır – bu tarixdən!

Bu ilin əvvəlindən roaminqdə internet tariflərinin bahalaşmasına gəlincə, “Azercell” bəyan edib ki, qiymət dəyişikliyi yalnız iki ölkəni əhatə edir: “10.01.2019-cu il tarixindən etibarən yalnız Gürcüstan və Türkiyə ölkələrində Fakturasız xətt nömrələri üçün rominqdə internet istifadəsinin tarifi bir MB görə ƏDV daxil 0,55 AZN-dən ƏDV daxil 0,99 AZN-ə obyektiv səbəblərə görə dəyişdirilib. Lakin, həmin yeni tariflər Gürcüstan və Türkiyə ölkələrində analoji xidmətlər ilə bağlı bazarda tətbiq edilən tariflərdən xeyli azdır”.