“Azercell” SMS-in tarifini 2,5 dəfə artırır – bu tarixdən!

0

12 fevral 2019-cu il tarixində “Azercell Telekom” SMS-in tarifini 0,03 manatdan 0,05 manatadək artırır.

Banker.az xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

“12 fevral 2019-cu ildən etibarən “Azercellim”, “Bizimkilər”, “Hər yerə”, “GəncSim”, “Bölgə” fakturasız xətt abonentləri üçün bir SMS-in qiyməti və “Bizimkilər”, “Hər yerə”, “Ailə Tarif” və “Biznes200” fakturalı xətt abonentləri üçün tarif paketi 66,6% – 0,05 manatadək artır”, – şirkətdən qeyd ediblər.

O cümlədən, “Tələbə birliyi”, “Hədsiz”, “Hədsiz zəng”, “SOCAR”, “Mediacell” və “Dövlətcell” tarif paketlərinin abonentləri üçün bir SMS-in qiymıti 2,5 dəfə – 0,05 manatadək artacaq.

Bundan əlavə, “GəncOl” və “Kombo” tarif paketlərinin abonentləri üçün tariflər 0,05 manatadək artacaq.

“Azercell Telecom” MMC 1996-cı il yanvarın 19-da təsis edilib. Şirkət ölkə ərazisinin 99,8%-ni əhatə edir, abunəçilərinin ümumi sayı isə 4,5 mln.-dan çoxdur.

© İnterfaks-Azərbaycan