26 C
Baku
Saturday, July 27, 2024

Azercell “su puluna” görə Azərsu-nu məhkəməyə verib

Azərbaycanda ən böyük mobil operatorlardan biri “Azercell Telekom” MMC (Azercell) ölkənin yeganə su təchizatçısı barəsində Bakı Kommersiya Məhkəməsinə üz tutub.

Banker.az-ın xəbərinə görə, mobil operator, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti barəsində istehlak edilən su üzrə müqavilədən əmələ gələn mübahisəyə görə müraciət edib.

Azərsu – Azərbaycanda su təchizatı sahəsində dövlət siyasətini və strategiyasını həyata keçirən, mərkəzləşdirilmiş qaydada istehlakçıları içməli su ilə təchiz edən və onlara kanalizasiya xidmətləri göstərən dövlət şirkətidir.

 

Son xəbərlər
Digər xəbərlər