18 C
Baku
Monday, October 14, 2024

“Azercell” Şuşada ilk 4G şəbəkəsini qurub

Azərbaycanın mobil rabitə operatoru olan “Azercell Telekom” şirkəti Şuşada ilk 4G şəbəkəsi fəaliyyətə başlayıb.

Şirkətdən verilən məlumata görə, Şuşada, 28 illik həsrətdən sonra vətəndaşlarımız, hazırda orada olan əsgərlərimiz yaxınları ilə əlaqə saxlaya, həmçinin ən sürətli mobil internet və qabaqcıl kommunikasiya xidmətlərindən istifadə edə bilirlər.

Qeyd edək ki, hərbi əməliyyatların başladığı gündən etibarən işğaldan azad edilən bölgələrimizdə ilk olaraq “Azercell”in mobil şəbəkəsi fəaliyyət göstərməyə başlayıb. “Azercell”in bu doğma ərazilərdə quraşdırdığı radio baza stansiyaları LTE texnologiyasına aiddir.

“Şirkət işğaldan azad edilmiş bütün tarixi ərazilərimizi sürətli şəkildə müasir mobil şəbəkə ilə əhatə etməyi, eləcə də tezliklə öz evlərinə qayıdacaq həmvətənlərimizi fasiləsiz rabitə və innovativ xidmətlərlə təmin etməyi qarşısına məqsəd qoyub. “Azercell”in Qarabağ və ətraf bölgələrdə qurmağa başladığı texniki infrastruktur və LTE şəbəkəsi bu ərazilərin sürətli inkişafına təkan verəcək. “Azercell” Azərbaycanda heç bir ərazini bağlantısız qoymayacaq”, – deyə şirkətdən bildirilib.

Son xəbərlər
Digər xəbərlər